Son yenilənmə tarixi: 15 sentyabr 2026-cı il
Beerbaşa xidmətlərindən, veb saytından və onlayn rezervasiya sistemindən istifadə etməklə istifadəçi bu İstifadə Şərtləri ilə razılaşdığını təsdiq edir.
1. RezervasiyaMasa rezervasiyası zamanı istifadəçidən ad, telefon nömrəsi, rezervasiya tarixi və saatı, qonaqların sayı və digər zəruri məlumatlar tələb oluna bilər.
İstifadəçi təqdim etdiyi məlumatların düzgünlüyünə görə məsuliyyət daşıyır.
Rezervasiya zamanı təqdim edilən telefon nömrəsi və digər əlaqə məlumatları rezervasiyanın təsdiqlənməsi, xatırlatmaların göndərilməsi, rezervasiyada dəyişikliklər və ya rezervasiyanın ləğvi barədə məlumatlandırma məqsədilə istifadə oluna bilər.
2. Bildirişlər və marketinq mesajlarıMüvafiq razılıq verildiyi halda istifadəçi Beerbasha tərəfindən aşağıdakı məlumatları ala bilər:
- xüsusi təkliflər və kampaniyalar;
- tədbirlər haqqında məlumat;
- endirimlər;
- yeni menyular və xidmətlər haqqında məlumat;
- Beerbaşa-nın digər xəbərləri və yenilikləri.
İstifadəçi istənilən vaxt marketinq xarakterli mesajları almaqdan imtina edə bilər.
3. Xidmətdən istifadəİstifadəçi Beerbaşa xidmətlərindən yalnız qanuni məqsədlər üçün istifadə etməyi öhdəsinə götürür.
Saxta rezervasiyaların yaradılması, bilərəkdən yanlış məlumatların təqdim edilməsi və xidmətin normal fəaliyyətinə mane olan hər hansı hərəkət qadağandır.
4. Şərtlərə dəyişikliklərBeerbaşa bu İstifadə Şərtlərinə dəyişiklik etmək hüququnu özündə saxlayır. Yenilənmiş versiya dərc edildiyi andan qüvvəyə minir.